Xəbər lenti

İrəvanda jurnalist döyüldü
Dünya14:48 02.12.2013

İrəvanda jurnalist döyüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İrəvanda Ermənistanın Gömrük İttifaqına üzvlüyünün əleyhinə keçirilən aksiyada “Hrarak.am”ın müxbiri Vardan Minasyan döyülərək Kentron polis bölməsinə aparılıb. 

Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, o, “Asparez” jurnalist klubunun sədri Levon Barseqyan polis avtomobilinə güc tətbiq edərək mindirilərkən çəkiliş apardığı üçün təzyiqlə üzləşib. 

Bu zaman Yerevanın polis rəisi Aşot Karapetyan müxbirin kamerasını da əlindən alıb. Sonradan polislər zor tətbiq edərək onu avtomobilə mindiriblər, bir polis əməkdaşı isə onu vurub. Bundan sonra jurnalist 30 aksiya iştirakçısı ilə birgə Kentron polis bölməsinə aparılıb.

Qaynar.info