Xəbər lenti

İrəvanda partlayışda Rusiya və İran vətəndaşları da itkin düşdü
Dünya19:03 15.08.2022

İrəvanda partlayışda Rusiya və İran vətəndaşları da itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Daxili İşlər Nazirliyi dünən İrəvanda "Surmalu” ticarət mərkəzində baş verən partlayışda 23 nəfərin itkin düşdüyünü bildirib.
"Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, onların arasında Rusiyanın 1, İranın 6 vətəndaşı var.
Fövqəladə Hallar Nazirliyi isə ticarət mərkəzində partlayış nəticəsində itkin düşənlərin adlarını açıqlayıb. Məlumata görə, ermənilərlə yanaşı, partlayışda Lyuba Qribova (1959-cu il təvəllüd, Rusiya vətəndaşı), İran vətəndaşları Məryəm Fathi, Vanya Fathi (2016-cı il təvəllüd), Edris Fathi, (2002-ci il), Kiomars Fathi (1972-ci il), Monira Naderi, Mehri Tahuri itkin düşüblər.