İrəvanda ələ keçirilmiş polis binasının ətrafında vəziyyət gərgin olaraq qalır. Doğrudur, zirehli texnika küçələrdən yığışdırılıb, polislərin sayı da azalıb, amma ara-sıra yenə partlayış səsləri eşidilir.
Ən güclü partlayış saat 11:20-də baş verib.
Onun təsirindən hətta qonşu küçələrdə park edilmiş avtomobillərin siqnalizasiya sistemləri də işə düşüb.
Ermənistan parlamenti İrəvanda polis bölməsinə hücumda Qarabağdan gətirilən qoşunların iştirak etdiya barədə bəyanat yayıb.(virtualaz.org)
* * *
“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atışma davam edir.
APA-nın məlumatına görə, Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks” agentliyinin əməkdaşına bildirib ki, gecədən indiyə qədər polkun binasında olan silahlı qrupun 2 üzvü polisə təslim olub.
İki silahlı isə yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hələ rəsmi açıqlama verilməsə də, böyük ehtimalla Ermənistanın güc strukturları zəbt edilən polis binasında əməliyyat aparır.
* * *
Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.
Bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb.
“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, məlumatda deyilir.