İrəvanda minlərlə erməni Rusiyanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirib. Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları Rusiyadan Avetisyan ailəsini qətlə yetirən hərbçi Valeri Permyakovun Ermənistana verilməsini tələb ediblər.
Eyni zamanda, Rusiya və Putin əleyhinə kəskin şüarlar səsləndiriblər. Polisin müdaxiləsinə baxmayaraq, kütlə səfirliyin binasına yaxınlaşa bilib.
Aksiya iştirakçıları Ermənistanın Rusiya vassallığından xilas olmasının vacibliyini bəyan ediblər, “Azadlıq, Azad Ermənistan”, “Suveren Ermənistan”, “Permyakov Ermənistanda mühakimə olunmalıdır” kimi şüarlar səsləndiriblər.
Ən heyrətamiz məqam isə ermənilərin Putini azərbaycanca söymələridir. Aksiyada Azərbaycan dilində Putinin əleyhinə, “Putin, s..dir” şüarı da qaldırılıb.
Erməni mediasının yaydığı məlumatda bildirilir ki, Rusiya səfirliyi qarşısındakı mitinq kifayət qədər gərgin keçir. Hətta nümayişçilər Rusiya bayrağını yandırmağa cəhd edirlər.
Polis polkovnik-leytenantı Karen Movsisyan açıqlamasında bildirib ki, qanuna görə, mitinqçilərin səfirlik binasına bu qədər yaxınlaşması qadağandır. Buna baxmayaraq, polis mitinqçiləri uzaqlaşdırmağa nail olmayıb.
Qaynar.info