XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İrəvanda "Rossiya Mall"ın qarşısında konstruksiya aşdı, 4 avtomobil əzildi
Dünya23:35 14.08.2026

İrəvanda "Rossiya Mall"ın qarşısında konstruksiya aşdı, 4 avtomobil əzildi

Ermənistanın paytaxtı İrəvanda güclü külək nəticəsində iri ticarət mərkəzlərindən birinin yaxınlığında quraşdırılmış tikinti iskələləri uçub.

Qaynarinfo xəbər verir ki, hadisə 14 avqustda Tiqran Mets prospektində, "Rossiya Mall" ticarət mərkəzinin yaxınlığında baş verib.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, tikinti iskələləri avtomobil yolunun hərəkət hissəsinə və səkiyə aşıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə şahidi Rştuni Bağdasaryan bildirib ki, uçan konstruksiyaların altında dörd avtomobil qalıb. Hadisə zamanı trolleybus xəttinə də ziyan dəydiyi bildirilir.

Ermənistan DİN də dörd avtomobilin zədələndiyini təsdiqləyib.

"Rossiya Mall" ticarət mərkəzinin direktoru Boris Ovannisyan hadisəyə güclü küləyin səbəb olduğunu bildirib.

Direktorun sözlərinə görə, avtomobillərə ziyan dəyib və hazırda ərazidə uçqunun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.