Xəbər lenti

İrəvanda sərnişin avtobusunda partlayış: Ölən və yaralananlar var
Dünya19:35 25.04.2016

İrəvanda sərnişin avtobusunda partlayış: Ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvanın mərkəzində sərnişin avtobusunun partlaması nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan FHN-nin mətbuat xidməti məlumat yayıb.  
İnsident barədə məlumat 21.51-də (Bakı vaxtı ilə eynidir) daxil olub.  Avtobusun Alabyan küçəsində partladığı bildirilir.
Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub. 
İnsidentin  digər təfərrüatları barədə hələlik məlumat verilmir.
Qaynarinfo.az