Erməni polisi İrəvanın Azadlıq Meydanında müxalif siyasi qüvvələrin nümayəndələrini və onların tərəfdaşlarını kütləvi şəkildə saxlamağa başlayıb.
Qaynarinfo xəbər verir ki, etirazçıları zorla polis maşınlarına mindirib müxtəlif polis bölmələrinə aparırlar.
Hazırda meydan tam qarışıqlıqdadır. Müxalifət liderləri zəng etməyə çalışır, etirazçılar "Nikol, get, get!” deyə qışqırır, polis vətəndaşları nəzarətə götürməyə davam edir. Etirazçıların sayı tədricən artır.
Bundan əvvəl Ermənistanın Baş Prokurorluğu ölkədə hərbi vəziyyət olduğu üçün mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq etmişdi.
Xatırladaq ki, "Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, "Vətən” partiyasının rəhbərliyi, parlamentin keçmiş aparat rəhbəri Arsen Babayan, Respublika Partiyasının idarə heyətinin üzvləri Eduard Şarmazanov, Vaqram Baqdasaryan, Qeqam Petrosyan və b. saxlanılıb.
Bu gün Ermənistan müxalifəti saat 13:00-da İrəvanın mərkəzində mitinq təşkil etməyi planlaşdırırdı.