Xəbər lenti

İrəvanda yeni etiraz aksiyası: “Torpaqları verənləri torpağa verərik”
Siyasət20:00 26.04.2016

İrəvanda yeni etiraz aksiyası: “Torpaqları verənləri torpağa verərik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın paytaxtı İrəvanda “Ayazn” partiyasının təşəbbüsü ilə etiraz yürüşü keçirilib. 
Musavat.com Panorama.am-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Dağlıq Qarabağ məsələsində güzəştə gedənləri hədələyiblər. 
Aksiyada “Torpaqları verənləri torpağa verərik”, “Torpaqları güzəştə gedən satqın və xaindir” şüarları səslənib. 
Aksiyanın təşkilatçılarından olan David Sanasaryan bildirib ki, ermənilər övladlarının qanı bahasına alınmış torpaqlardan geri çəkilmək istəmirlər. 
Mitinqdə son döyüşlərdə məhv edilmiş erməni hərbçilərin siyahısı oxunub. 
Qaynarinfo.az