Xəbər lenti

İrəvandan Vana təyyarə reysi açılır
Dünya11:11 01.03.2013

İrəvandan Vana təyyarə reysi açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biletin qiyməti 250 dollar olacaq.

Aprelin 3-də Ermənistan paytaxtı ilə Türkiyənin Van şəhəri arasında ilk uçuş həyata keçiriləcək. APA-nın “Panarmenian.net”ə istinadən verdiyi məlumata görə, bunu  Ermənistanın “Narekavan Tour” turizm şirkətinin direktoru Armen Ovanisyan deyib. O bildirib ki, aviareys həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək. 

 A.Ovanisyan qeyd edib ki, onlar bu reysin açılmasına 4 illik danışıqlardan sonra nail olublar. Onun sözlərinə görə, reysin açılması Türkiyə ilə Ermənistan arasındakı biznes münasibətlərinin inkişafına müsbət təsir edəcək.

Qaynar.info