Xəbər lenti

İrəvəvanda son vəziyyət: Aksiyaçılar yenidən hərəkətə keçdi (YENİLƏNİB/FOTO/VİDEO)
Dünya10:20 02.05.2022

İrəvəvanda son vəziyyət: Aksiyaçılar yenidən hərəkətə keçdi (YENİLƏNİB/FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda İrəvandakı Fransa meydanında etirazçılar yenidən toplaşmağa başlayıblar. 
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, saat 18.00-da yenidən mitinq elan olunub. Deputat İşxan Sağatelyan tələbələrə dərslərdən imtina edərək, mitinqlərə qoşulmağa dəvət edib. 
Hazırda Maştots küçəsi gənc etirazçılar tərəfindən bağlanıb. Polis qüvvələri saylarını artırıblar. Minlərlə vətəndaş Fransa meydanında çadırlarda gecələyəcəklərini bildirirlər. 
Az öncə mitinq iştirakçıları Tumanyan küçəsindən hərəkətə başlayıb. Aksiyanı İşxan Sağatelyan və Artur Vanetsyan idarə edir. 
Sağatelyan bildirib ki, bütün İrəvan küçələrindən hərəkət edib, Fransa meydanında dayanaraq etiraz aksiyanı davam edəcəklər. 
14.40
Ermənistan polisi İrəvanda keçirilən etiraz aksiyaları zamanı Respublika Partiyasının sədr müavini Armen Aşotyanı saxlayıb. 
Qaynarinfo "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə siyasətçi öz "Facebook" səhifəsində məlumat yayıb.
Armen Aşotyanın sözlərinə görə, onunla birlikdə onlarla insan da polis idarəsinə gətirilib. Onlar birlikdə indi Paytaxt Polis İdarəsinin Kentron Polis bölməsindədirlər.
Həbs edilən deputatlar arasında İşxan Zəkəryan da var. Bundan başqa, blogger Mika Badalyan da itaətsizlik mitinqinin ikinci günündə müxalifətin aksiyasında həbs olunan iştirakçılar arasındadır.
14.20
Saat 12:00-a olan məlumata görə, Ermənistan polisi İrəvanda aksiya keçirən 199 nəfəri saxlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"ın müxbirinə hüquq-mühafizə orqanının mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 182-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddəsiylə saxlanılıblar.
Bazar ertəsi səhər İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.
Etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı bir neçə səs-küylü bəyanatı səbəb olub. Aprelin 25-dən müxalifət mərkəzləşdirilməmiş etiraz aksiyaları keçirir.
Alpər