Xəbər lenti

İRNA-nın jurnalisti Paris Olimpiadasının problemlərini yazdı
Dünya06:18 26.07.2024

İRNA-nın jurnalisti Paris Olimpiadasının problemlərini yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Parisdə keçirilən Olimpiya Oyunlarının qonaqları içməli su və nəqliyyat çatışmazlığı ilə üzləşiblər.
Qaynarinfo xəbər verir ki, bu baradə İranın İRNA agentliyinin jurnalisti Səid Cavad Bəşiri təşkilati problemlər barədə məlumat verərkən bildirib.
Nəqliyyat problemi Fransaya gələnlərin ilk qarşılaşdığı problemdir. Parisdə xüsusi hava limanı transferləri və metro stansiyalarında eskalatorlar yoxdur.
"Fransa indiyə qədər yarışda iştirak etmək istəyənləri qarşılamaq üçün çoxlu pul xərcləməkdə israr edir. Lakin media nümayəndələri və qonaqların hətta içməli su ilə bağlı problemləri var”, - Bəşiri bildirib.
Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Alpər