Xəbər lenti

İş yerindən 1,2 milyon dollar oğurladı, "TikTok"da sikkələrə xərclədi (FOTO)
Dünya13:41 16.08.2024

İş yerindən 1,2 milyon dollar oğurladı, "TikTok"da sikkələrə xərclədi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da bir qadın iş yerindən 1,2 milyon dollar oğurlayıb, pulu "TikTok" sikkələrinə və digər alışlara xərcləyib.
Qaynarinfo bu barədə "Inside Edition"a istinadən xəbər verir.
Texaslı Stasi Blekmon adlı qadın işlədiyi tikinti şirkətindən 1,2 milyon dollar oğurladıqdan sonra həbs edilib. Qadın öz mülahizəsinə uyğun olaraq pulu xərcləyib, özü üçün bahalı səyahətlər təşkil edib və böyük alışlar edib.
Bundan əlavə, qadın bu pulun böyük hissəsini istifadəçilərə proqram daxilində virtual valyuta almağa imkan verən "TikTok" sikkələrinin alınmasına xərcləyib. İstintaq zamanı Blekmon günahını etiraf edib.
Məhkəmədə 39 yaşlı qadın əməlindən peşman olduğunu və 35 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib.
Aydın