Keniyalı bir vəkil 2000 illik iddiaya yenidən baxılmasını istəyib
Keniyalı bir vəkil İsa peyğəmbərin çarmıxa çəkilməsi və haqsız məhkəmə prosesi ilə əlaqədar olaraq İsrail və İtaliyaya qarşı iddia qaldırıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vəkil bunun üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Katolik vəkil Dola İndidis, Hollandiyanın Lahey şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək İsanın ölümündə İsrail və İtaliyanı, həmçinin Roma İmperatoru Tiberius, Yəhudi padşahı Herod və Romalı qubernator eyni zamanda Hz. İsanın mühakimə olunduğu məhkəmənin hakimi Ponti Pilateyi günahlandırıb.
Dola bu iddianı qaldırmaqda məqsədinin Hz. İsa üçün ədalətin həyata keçməsi olduğunu söyləyib.