Xəbər lenti

İsa Qəmbər prokurorluqda ifadə verdi - YENİLƏNİB
Siyasət10:01 27.02.2017

İsa Qəmbər prokurorluqda ifadə verdi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu saatlarda Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verirlər.

“Qafqazinfo “ xəbər verir ki, çağırış vərəqəsində istintaqın mühacirətdə olan Azərbaycan vətəndaşları ilə əlaqədar olduğu qeyd olunub.

Qeyd edək ki, hər iki şəxsin vəkili Osman Kazımovdur.

***

Bu gün, fevralın 27-si Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və bu partiyanın hazırkı başqan Arif Hacılı da prokurorluqda dindiriliblər.

İsa Qəmbər saat 12.30 radələrində prokurorluqdan çıxıb. O, jurnalistlərə dindirilməsi ilə bağlı bunları deyib: "Əgər, prokurorluqda dedikləri kimi, saxta sənədləri hazırlayanları ifşa edəcəklərsə, çox gözəl. Amma bəzi sualların qoyuluşundan, bəzi yanaşmalardan hiss olunur ki, məsələnin mahiyyətini qoyub Müsavat Partiyasına müəyyən təzyiqlər etmək istəyirlər. Görünür, hakimiyyət Müsavat Partiyasının ölkədə və dünyada fəallaşmasından narahat olub".

İsa Qəmbər deyib ki, hər şeyi zaman göstərəcək: "Suallar elədir ki, onun ardınca saxta sənədləri verənlərin ifşası da mümkündür, Müsavata təzyiqlər də. Hansı olacaq, bunu zaman göstərəcək".

İsa Qəmbərin deməsinə görə, dindirilmə protokolunda tərcümeyi-halına aid qeyd edilib ki, o, 1988-ci ildən siyasətlə məşğuldur: "Mən müstəntiqə də dedim. 88-ci ildən ifadə verirəm. Yəni, heç bir problemi yoxdur.(azadliq.org)

Qaynarinfo.Az