
Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova vəfat edib.
Şəfiqə xanım Axundova 1924-cü ildə Şəkidə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun nəğmələri, müxtəlif teatr tamaşalarına yazdığı musiqiləri dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. 1972-ci ildə məşhur “Gəlin qayası” operasını yazıb. Bu, Şərqdə qadın bəstəkar tərəfindən yazılmış ilk opera idi.
Biz bu ağır itki ilə əlaqədar mərhumun yaxınlarına, qohumlarına, sənət dostlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Onun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!
İsa Qəmbər və Müsavat Partiyasının Divanı
Qaynar.info