Xerson sakinləri rusların ələ keçirdikləri şəhərin mərkəzində Ukraynanın bütövlüyünü dəstəkləyən etiraz aksiyasına çıxıblar.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, mitinq səhər saat 10:00-da başlayıb. Onlarla vətəndaş əllərində mavi və sarı bayraqlar tutaraq "Yaşasın Ukrayna” şüarları səsləndirirlər.
Tədbirdən əvvəl fəallar "orkları təhrik etməmək” üçün iştirakçıları "isti ürəkli”, "sərin başlı” olmağa çağırıblar.
Ruslar kütləyə xəbərdarlıq atəşi açsalar da, bu, etirazları dayandıra bilməyib.
"Suspilne” yazır ki, şəhərin bütün sakinləri mikrorayonlarından meydana axışdıqca axışırlar. Demək olar ki, boş ərazi qalmayıb.
Martın 4-də ruslar "yaşıl dəhliz”dən imtina etdilər ki, Ukrayna əhaliyə humanitar yardım ötürə bilməsin. Lakin ruslar özləri ilə bir neçə yük maşını ərzaq gətirib və Xersonun mərkəzində dayanıblar.
Xerson sakinləri humanitar yardım götürmək istəməyiblər.
Xerson əhalisinin səyi nəticəsində rusların "Xerson Xalq Respublikası” elan etmək üçün apardıqları təbliğat əməliyyatı da iflasa uğrayıb.
Cümə günü ruslar mobil rabitəni kəsiblər. İnternet fasilələrlə işləyir.
Ruslar Ukrayna Silahlı Qüvvələri ilə ağır döyüşlərdən sonra martın 2-də Xersonu müvəqqəti nəzarətə götürüblər.
Alpər
<script async="" src="https://telegram.org/js/telegram-widget.js?16" data-telegram-post="uniannet/35350" data-tme-mode="" data-width="100%">
//
<script async="" src="https://telegram.org/js/telegram-widget.js?16" data-telegram-post="uniannet/35359" data-tme-mode="" data-width="100%">
//