Xəbər lenti

İşğalçılar Mariupoldan humanitar dəhlizə hücum edib - Ukrayna MN
Dünya11:52 08.03.2022

İşğalçılar Mariupoldan humanitar dəhlizə hücum edib - Ukrayna MN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ordusu Mariupoldan humanitar dəhlizə hücum edib.
Qaynarinfo xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qadınlar və uşaqlar şəhərdən kənara buraxılmayıb.
"Mariupolun mülki əhalisinin yeganə marşrut üzrə təxliyəsi üçün şəhərin müdafiəçiləri bir sıra tədbirlər görüblər. Yollar minalardan təmizləndi, mühəndis maneələri götürüldü və s. Buna baxmayaraq, Rusiya hərbçiləri uşaqları, qadınları, qocaları şəhərdən buraxmırdılar. Onlar humanitar dəhliz istiqamətində hücuma keçib” deyə açıqlamada qeyd olunur.