Xəbər lenti

İşğalçılara ət aparan azərbaycanlılar tutuldu - FOTOLAR
Dünya16:55 21.07.2015

İşğalçılara ət aparan azərbaycanlılar tutuldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna könüllüləri işğal edilmiş Donetsk vilayətinə ət aparan azərbaycanlı alverçiləri yaxalayıb. Anspress-in məlumatına görə, bu barədə "Pressa Ukrainı" qəzeti yazıb. 9 nəfər azərbaycanlı alverçidən 10 ton ət müsadirə edilib. 
Ukrayna hakimiyyətinin qaçaqmalçılığa qarşı mübarizəyə cəlb etdiyi könüllülərdən biri Rodion Şovkoviçnıy qeyd edib ki, gecə vaxtı saxlanan azərbaycanlılar 5 maşında ət aparırmışlar. Onların dediyinə görə, əti Donetskdə ət satan azərbaycanlı alverçilərə təhvil verməli imişlər. 
Könüllüləri saxladıqları azərbaycanlıları vergi xidmətinə təhvil veriblər. Ukrayna Cinayət Məcəlləsinə görə, azərbaycanlı alverçilərə 6 ilə qədər həbs cəzası verilə bilər. 
Xatırladaq ki, Ukraynanın Donetsk vilayəti müstəqilliyini elan edib. Separatçı ərazi hesab edilir.
İşğalçılara
İşğalçılara
İşğalçılara
Qaynar.info