Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov işğalçıların yeni planlarını açıqlayıb və əminliklə bildirib ki, ukraynalı müdafiəçilər bütün mümkün ssenarilərə hazırdırlar.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Telegram"da yazıb.
"Biz tam mənzərəni görürük, ordumuz və kəşfiyyatımız mümkün ssenarilərə hazırdır. Düşmən başa düşdü ki, Xarkovu almaq onun üçün çox çətin olacaq. Buna görə də o, Luqansk və Donetsk xəttinə çıxmaq üçün Volçansk və İzyumdan keçib”, - o vurğulayıb.
Sinequbov əmin edib ki, hərbçilərimiz rusların Xarkov vilayətindən əlavə qüvvələr almasına mane olmaq üçün hər şeyi edir.
Unian-ın bu gün verdiyi məlumata görə, Sinequbov bildirib ki, Malaya Roqan istiqamətində bir neçə yaşayış məntəqəsi artıq azad edilib və hazırda orada döyüşlər gedir.
Alpər