Vətəndaşları müxtəlif dövlət qurumlarına işə düzəltmək adı altında dələduzluq edən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, İmişli Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə mühakimə olunan A.G. 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Məhkəmə prosesi zamanı məlum olub ki, təqsirləndirilən şəxs 4 nəfərə qarşı dələduzluq edib. O ,qurbanı olan şəxsləri Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yerli şöbəsinə işə düzəldəcəyi ilə aldadıb.
A.G. zərərçəkmişlərdən ümumilikdə 20 000 manata yaxın pul alaraq şəxsi ehtiyaclarına xərcləyib. O, məhkəmə prosesi zamanı verilmiş ittihamlar üzrə özünü təqsirli bildiyini deyib.
Seyid
Şərhlər