Xəbər lenti

İşğal olunmuş ərazilər qaytarılmadan sülh mümkündürmü? - Zelenski
Dünya 13:55 03.03.2025

İşğal olunmuş ərazilər qaytarılmadan sülh mümkündürmü? - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski açıq şəkildə bəyan edib ki, Ukrayna işğal olunmuş ərazilərinin Rusiyaya verilməsinə razılaşmaq niyyətində deyil. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Telegraph" müxbirinin Rusiyanın özünə aid hesab etdiyi, lakin Ukrayna qoşunlarının nəzarətində olan bölgələrlə bağlı razılaşmanın mümkün olub-olmaması ilə bağlı sualına cavab verərkən bildirib.  

"Zelenskinin cavabı birmənalı oldu: belə güzəştləri nəzərdə tutan istənilən sülh razılaşması sülh yox, "məcburi kapitulyasiya" olacaq", - nəşr yazır.  

Məqalədə qeyd edilir ki, bu, diplomatik danışıqlar üçün təkcə böyük çətinlik yaratmır, həm də real sülh razılaşmasını demək olar ki, mümkünsüz edir. Çünki tərəflərin mövqeləri bir-birindən çox fərqlidir.  

Zelenski bildirib ki, işğal olunmuş, lakin hələ Rusiyanın tam nəzarətində olmayan ərazilərin Moskvaya verilməsini nəzərdə tutan heç bir sülh razılaşmasını qəbul edə bilməz. Lakin hazırkı vəziyyətdə Rusiya da bu bölgələrin Ukraynanın nəzarətində qalmasını nəzərdə tutan bir razılaşmanı qəbul etməyəcək.  

Eyni zamanda, The Telegraph yazır ki, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensin bunu başa düşdükləri ehtimal edilir. Onlar sadəcə olaraq elə bir razılaşma təklif etmək istəyirlər ki, Ukrayna bunu rədd etsin və nəticədə Tramp administrasiyası Zelenskini günahlandıraraq Kiyevə bütün yardımı dayandırsın.  

Böyük Britaniyanın baş naziri Kir Starmer Vaşinqtonla Ukraynanın müttəfiqləri arasında yaranan fərqi aradan qaldırmaq istəsə də, məqalədə vurğulanır ki, bu, sadəcə fərq deyil, dərin bir uçurumdur.  

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bəyan etmişdi ki, Rusiya işğal olunmuş Ukrayna ərazilərinin statusunu müzakirə etmək niyyətində deyil, çünki onları artıq öz konstitusiyasına daxil edib.  

Eyni zamanda, Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Volts bəyan edib ki, Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində bəzi ərazilərdən imtina etməlidir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->