Əfqanıstan və Türkmənistan sərhədində yerləşən Dərzab bölgəsi İŞİD terror təşkilatının güclü olduğu ərazilərdəndir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ərazidən qaçanların sayı artdıqca terror təşkilatının törətdiyi cinayət və vəhşiliklər üzə çıxmağa başlayıb. İŞİD-in vəhşiliklərinə məruz qalan və qaçan qadınlardan biri də 3 uşaq anası Zərifədir. Qadın bildirir ki, İŞİD liderlərindən biri kəndə gəlib və həyat yoldaşının ona pul vəd etdiyini dilə gətirib. Pulu olmadığını bildirən Zərifəyə onunla evlənməli olduğunu və birlikdə gedəcəklərini deyib. Etirazla qarşılanan terrorçu daha sonra Zərifəni silah gücü ilə evini əlindən almaqla hədələyib və zorlayıb. O, həyat yoldaşının, qonşuların üzünə baxa bilməyəcəyi üçün təhlükələrə baxmayaraq yaşadığı yeri tərk edib.
Terror qrupunun cinsi istismarına məruz qalan digər şəxs isə Samirə adlı qadının 14 yaşlı bacısıdır. İŞİD hərbçiləri yeniyetmə qıza 10 ay müddətində təcavüz edib. Daha sonra qaçmağa nail olan azyaşlı utandığı üçün yaşadığı dəhşətləri heç kimə danışa bilmir.
Gülşən