İŞİD terror təşkilatı Cənubi Koreya vətəndaşlarına və bu ölkədəki ABŞ hərbi bazasına hücum edə bilər.
Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, İŞİD ABŞ-ın Cənubi Koreyadakı Osan və Kunsan hərbi bazalarının dəqiq koordinatlarını əldə edib.
Həmçinin düşünülür ki, NATO və ABŞ-a məxsus 77 aviabaza və 21 ölkənin vətəndaşlarının məlumatları İŞİD-də var.
Cənubi Koreyanın Milli Kəşfiyyat Agentliyi artıq məsələ ilə bağlı amerikalı həmkarlarına məlumatları təqdim ediblər.
Qaynarinfo.az