100-dən çox ölkənin vətəndaşı hazırda İŞİD-in tərkibində döyüşür.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov söyləyib. Onun sözlərinə görə, İŞİD artıq təbliğat cəbhəsində təşəbbüsü ələ alıb:
“Bütün bunlardan istifadə edərək, Yaxın Şərq və Şimali Afrikadakı terrorçular Avropa və Asiyanı hədəf alırlar. Terrorçular artıq ağır silahlardan istifadə etmək taktikasından yararlanmağa başlayıblar”.
Qaynar.info