İŞİD terrorçuları İraqın Kərkük şəhərinə təşkil etdiyi hücum zamanı 15 gənci edam edib, 20 vətəndaşı isə əsir götürüb. Axar.az xəbər verir ki, şəhər sakinlərini İraq ordusu ilə əməkdaşlıq etməklə günahlandıran terrorçular qaçırılan şəxslərin mühakimə olunduqdan sonra edam ediləcəyini bildirib.
Xatırladaq ki, Kürdüstan Demokratik Partiyasının (KDP) nümayəndəsi Səid Mamuzini bir neçə gün öncə verdiyi açıqlamasında terrorçuların 13-18 yaş arası gəncləri edam etdiyini bildirmişdi.
Edam Sincar şəhərində reallaşdırılmışdı.
Qaynar.info