
İŞİD terror qruplaşması zahiri görkəmlərini dəyişdirirlər.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə İraqın Mosul şəhərinin sakinləri bildirir.
"Frans-Press" agentliyinə açıqlamasında Əbu Saif adlı şəxs bunları deyib: "Mən İŞİD döyüşçülərini görmüşəm və onların görünüşləri tamamilə dəyişib. Onlar saqqallarını qırxıb və paltarlarını dəyişiblər".
Onun sözlərinə görə, terroristlər bunu snayperlərin hədəfinə düşməmək və şəhəri tərk edərkən yerli sakinlərdən biri olduğunun güman edilməsi üçün edirlər.
Qaynarinfo.Az