Xəbər lenti

İŞİD-çilərin təcavüzü nəticəsində doğulan uşaqlar ölümə tərk edildi
Dünya09:48 10.03.2018

İŞİD-çilərin təcavüzü nəticəsində doğulan uşaqlar ölümə tərk edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT İraqda İŞİD üzvləri tərəfindən zorlanan qadınların dünyaya gətirdiyi uşaqların qəbul edilmədiyini, əksəriyyətinin tərk edildiyini açıqlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT Qarşıdurma Bölgələrində Cinsi Zorakılıq məsələsi üzrə xüsusi təmsilçi Pramila Patten məlumat verib. 8 günlük İraq ziyarətindən sonra mətbuat konfransı ilə çıxış edən Patten qadın və qız uşaqlarının məruz qaldığı cinsi zorakılıq faktlarına diqqət çəkib. Pramila Patten "Sağ qalanların ürək dağlayan hekayələrini dinlədim" fikrini səsləndirib.
İraqda 1500 qadın və qız uşağının hələ də itkin düşdüyünü bildirən Patten İŞİD terrorçularının təcavüzü nəticəsində dünyaya gələn uşaqların cəmiyyət tərəfindən qəbul edilməməsinə diqqət çəkib və bu uşaqlar üçün yeni yetimxanalar açmaq məcburiyyətində qaldıqlarını deyib.
Gülşən