Xəbər lenti

İŞİD CV-lərlə adam yığır
Dünya11:09 21.06.2014

İŞİD CV-lərlə adam yığır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müqavilə bağlanandan sonra yeni terrorçular Suriyaya göndərilir

İraq Şam İslam Dövləti (İŞİD) CV-lərlə terrorçular yığır. 

ANS PRESS-in məlumatına görə, İraqda döyüşmək istəyənlər İŞİD-ə müraciət edərkən onlardan CV tələb olunur. CV-lərə baxıldıqdan sonra İŞİD yeni “cihad”çılarla müqavilə bağlayır. Müqavilədə isə belə bir maddə var: “İŞİD-ə öz istəyimlə qatılıram, mənə heç bir təzyiq edilməyib”.

Türkiyə mətbuatı yazır ki, müqavilə bağlanandan sonra yeni terrorçular Suriyaya göndərilir və onlar burada xüsusi təlimlərdən keçirlər. Yeni “cihad”çılar Suriyaya Türkiyə ərazisində keçirilərək aparılır.