
News.com.au saytı İŞİD-ə qoşulamq istəyən 4 qardaşın taleyi ilə bağlı məqalə dərc edib. ANN.Az xəbər verir ki, 17, 23, 25 və 28 yaşlı livan əsilli avstraliyalı qardaşlar "istirahətə gedirik" deyib evdən ayrılıblar və qeyri-qanuni yollarla İŞİD-ə qoşulmağa cəhd ediblər.
Bir müddət sonra analarına "Biz Şamdayıq, cənnətdə görüşərik" mesajını yollayan qardaşların İŞİD sevdaları ürəklərində qalıb. Belə ki, qardaşlara "həddindən artıq köksünüz, işimizə yaramazsınız, qaçmaq, döyüşmək qabiliyyətiniz yoxdur" deyərək geri göndəriblər.
Dörd qardaşın hər biri 140 kilodan yuxarı çəkiyə malikdirlər.
Qaynar.info