İŞİD terror qruplaşması Liviyada öz tərəfdarları arasında futbol turniri keçirmək niyyətindədir.
Bu barədə “Alfajer” telekanalı xəbər yayıb.
Turnir Aralıq dənizi sahillərində yerləşən, terrorçuların nəzarətindəki Derna şəhərində keçiriləcək. Yarışda “təkfirçilər” – İŞİD-in Əfqanıstanda, İraqda, Misirdə və Suriyada döyüşən tərəfdarları, həmçinin, Liviyanın özündəki radikallar iştirak edəcək.
Yarış ekstremistlərin özlərinin müəyyən elədiyi, “şəriətə zidd olmayan” qaydalar əsasında keçirilməlidir. Dəqiqi tarix bəlli deyil, ancaq artıq təşkilat komitəsi yaradılıb. Onun tərkibində əvvəllər peşəkar idmanla məşğul olmuş yaraqlılar təmsil olunublar.
Təşkilatçılar ümid edir ki, turnir gənclər arasında İŞİD tərəfdarlarının sayını artıracaq.
Musavat.com