Xəbər lenti

İŞİD-ə 3 istiqamətdən hücum ediləcək - İraq ordusu əməliyyatlara hazırlaşır
Dünya19:50 16.05.2016

İŞİD-ə 3 istiqamətdən hücum ediləcək - İraq ordusu əməliyyatlara hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraq ordusu Ənbar vilayətinin Rutba şəhərini İŞİD-dən geri almaq üçün əməliyyatlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ənbar Təhlükəsizlik Komitəsinin sədri Raceh İsavi deyib.

Onun sözlərinə görə, orduya yerli əhali də dəstək verir:

“Ölkənin silahlı qüvvələri, 3 polis və 3 döyüşçü alayı koalisiya qüvvələrinin dəstəyi ilə bölgəni İŞİD-dən xilas etmək üçün Rutba şəhərinə 3 istiqamətdən hücum edəcək”. 

Qaynarinfo.az