Xəbər lenti

İŞİD-ə ağır zərbə: 45 terrorçu öldürüldü
Dünya19:00 19.10.2014

İŞİD-ə ağır zərbə: 45 terrorçu öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqda İŞİD-ə qarşı mübarizə davam edir. Qaynar.info xəbər verir ki, Enbar şəhərində terror təşkilatının 45 üzvü öldürülüb.

Hərbi əməliyyatlara başçılıq edən iraqlı komandir Raşid Felih açıqlamasında bildirib ki, Bağdadi qəsəbəsinə hücum edən İŞİD-i yerli əhalinin dəstəyi ilə geri çəkilməyə məcbur ediblər. Döyüşlər zamanı 30 terrorçu həlak olub.

İraq ordusunun başqa bir komandiri Ziya Kazım isə bildirib ki, Hadisə qəsəbəsinə basqın zamanı daha 15 İŞİD üzvü öldürülüb və 4 silah daşıyan ağır texnika məhv edilib.

Qaynar.info