Xəbər lenti

İŞİD-ə qoşulan qızlar hamilədir
Dünya06:13 13.10.2014

İŞİD-ə qoşulan qızlar hamilədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cihad adıyla Avstriyadan Suriyaya gedib İŞİD terror qruplaşmasına qoşulan bosniyalı qızlar hamilədir.

ANS PRESS-in məlumatına görə, aprel ayında ailələrinə, “Bizi axtarmayın, biz Allah üçün ölməyə gedirik” yazılmış məktub qoyaraq yoxa çıxmış qızlar o vaxtdan bəri itkin düşmüş hesab olunurdu.

“Daily Mail” qəzeti Suriyada çeçen yaraqlılarla evlənmiş Samra Kesinoviç və Sabina Selimoviçin hamilə olduqlarını yazıb.

Avstriya məxfi orqanları qızların ailələri ilə danışdıqlarını, olduqları mühiti tərk etmək və qayıtmaq istəkləri olduğunu deyib.

Avstriya Daxili İşlər Nazirliyinin sözçüsü isə bunun üçün gec olduğunu deyib.

Sözçü bildirib ki, Avstriyada ölkəni tərk edən miqrantların sonradan geri qayıtmasını imkansız edən qanunlar var.

Qaynar.info