Xəbər lenti

İŞİD Əfqanıstanda həbsxanaya hücum etdi: azı 20 nəfər öldürüldü
Dünya07:50 03.08.2020

İŞİD Əfqanıstanda həbsxanaya hücum etdi: azı 20 nəfər öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanın şərqində yerləşən Nanqarhar vilayətindəki həbsxanaların birinə silahlı və bombalı hücum olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində azı 20 nəfər həyatını itirib, 40 nəfər isə yaralanıb. Əvvəlcə bomba yüklü avtomobil həbsxananın giriş hissəsində partladılıb, daha sonra yaraqlılar içəri daxil olublar. Həbsxanaya girməyə müvəffəq olan 3 silahlı saatlarla davam edən qarşıdurmadan sonra zərərsizləşdiriliblər.
Məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Camal