İraq ordusu İŞİD terror təşkilatını Suriya ilə sərhəddən tamamilə kənarlaşdırmaq üçün sonuncu əməliyyata start verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, əməliyyatın rəhbəri Salah Kərim "Məqsəd qalan İŞİD qruplarının ərazidən kənarlaşdırılması və gələcəkdə özlərinə yeni baza qurulması məqsədilə istifadəsinin qarşısının alınmasıdır" deyib.
Qeyd edək ki, İraqın baş naziri Heydər Əl İbadi ötən günlərdə terror təşkilatının İraqda hərbi varlığının sona çatdığını açıqlamışdı.
Gülşən