Xəbər lenti

İŞİD haqda serial çəkiləcək
Dünya19:53 21.07.2016

İŞİD haqda serial çəkiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Britaniyalı kino rejissoru, ssenarist və prodüsser Piter Kozminski İraq-Şam İslam Dövləti haqda serial çəkəcək. 

O, ssenarini özü real faktlar əsasında yazacaq.

Layihənin istehsalı ilə Archery Pictures prodüsser şirkəti, National Geographic Channel və Channel 4 məşğul olacaq.

İŞİD təşkilatı yalnız mütəşəkkil cinayətkarlıqla və Hollivud döyüşçüsü ruhunda xüsusi effektliyi ilə deyil, həm də qruplaşmanın fəaliyyəti ilə bağlı video çarxlarla tanınıb.

Dörd hissədən ibarət olacaq dramda öz ölkəsini tərk edərək İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən dörd britaniyalı kişi və qadının tarixindən söhbət açılacaq.(Modern.az)

Qaynarinfo.Az