
Suriyada prezident Bəşər Əsədə sadiq qoşunların keçirdikləri əməliyyatlardan birində "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının baş cəlladı, "Fəllucə cəlladı" kimi tanınan şəxs ələ keçib.
130 kq-dan artıq çəkiyə malik bu şəxs İraq və Suriyada yüzlərlə insanı edam edib. Onun edam etdikləri şəxslər arasında onlarla yeniyetmə də var.
"Buldozer" ilk dəfə kameralar qarşısında 2014-cü ildə peyda olmuşdu. Bu yekəpər insanın əlindəki 52 kq ağırlıqdakı "Browning" pulemyotu kiçik avtomat təsiri bağışlayırdı.
Onun əsl ad və soyadı bilinmir. Çünki İŞİD-in digər məşhur cəlladı "Cihadi Con"dan fərqli olaraq "Fəllucə buldozeri" özünü təqdim etmir, edamlarından əvvəl kameraya baxaraq nitqlər söyləmirdi.(milli.az)

Qaynarinfo.az