İraq ordusu İŞİD-ə qarşı uğurlu əməliyyat həyata keçirib. Qaynar.info xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada məlumat verilib.
Məlumatda deyilir ki, orduya aid hərbi təyyarələr Mosulun Qərbindəki Baas bölgəsindəki İŞİD mövqelərini bombalayıb. Bombardmanlar nəticəsində 20 terrorçu öldürülüb. Onların arasında İŞİD-in Telafer əmiri Əbu Əbdürrəhman Kado da var. Bundan başqa hücum nəticəsində 14 silah maşını məhv edilib.
Qaynar.info