İraq və Şam İslam Dövləti (İŞİD) terror-qruplaşmasının ələ keçirdiyi ərazilərdə xarici dünya ilə əlaqə kəsilib.ANS PRESS-in Reuters-ə istinadən məlumatına görə, yaxın şəhər və kəndlər də daxil olmaqla, xarici dünya ilə əlaqə qurmaq yalnız İŞİD media mərkəzi vasitəsilə mümkündür.
Verilən məlumata görə, işğal edilmiş ərazilərdə elektrik enerjisi, içməli suyun paylanması, nəqliyyata, məktəblərə, məscidlərə, banklara nəzarət terroristlərin əlindədir. Onlar demək olar ki, gündəlik həyatın bütün sahələrinə nüfuz ediblər.
"Müharibədən yorulmuş, siyasi mənsubluğu olmayan insanlara, həmçinin qadın və uşaqlara pul verilir. Onlar da bu pulun müqabilində İŞİD rejimini dəstəkləyirlər", - deyə İŞİD-ə qarşı olan Raqqa sakini bildirib.
Suriyada həyat şəraitinin ağır olduğu şimal-şərq hissəsində insanlar cüzi məbləğ müqabilində (400$-600$) özləri, çox zaman ailələrilə birlikdə terrorist qruplaşmasına qoşulurlar.
Terorist qruplaşması xüsusilə uşaqlara öz ideologiyalarını yeritmək üçün böyük pullar xərcləyir. Cihad tərəfdarlarından birinin bildirdiyinə görə, İŞİD üzvləri terrorist qruplaşmaya yeni insanlar cəlb etmək üçün müxtəlif yerlərə gedir, Onlar insanlar arasında təbliğat aparırlar.
Qaynar.info