Qaynar.info dünya mətbuatına istinadən xəbər verir ki, belə bir iddia ilə Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları təşkilatı çıxış edib.
İddiaya görə, terror təşkilatının üzvləri hazırda həmin təyyarələrlə Hələbin şimalında təlim keçirlər. İŞİD üzvlərinə Səddam Hüseyn dövründə İraq ordusunda xidmət etmiş hərbçilər təlim keçir.