Xəbər lenti

İŞİD-in "tutduğu" oğlan rus qadınla yaxalandı - Xoşqədəm şokda
Ölkə08:00 17.10.2014

İŞİD-in "tutduğu" oğlan rus qadınla yaxalandı - Xoşqədəm şokda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda girov götürüldüyünü iddia edən azərbaycanlı gəncin xilas edilməsi anının görüntüləmək istəyən Xoşqədəm Hidayətqızı şoka düşüb.
“Qafqazinfo” xəbər verir ki, Türkiyənin məşhur "Milliyət" qəzetində bu barədə məlumat dərc olunub. Məlumatda bildirilir ki, Bakıda yaşayan, 1 həftə öncə itkin düşən Mahmudzadə Kamranın ailəsi Azərbaycanın "Müge Anlısı” kimi tanınan Xoşqədəm Hidayətqızının proqramına qatılaraq kömək istəyib.
 
Daha sonra 23 yaşlı Kamran proqrama zəng edərək qumar borcu olduğu üçün Diyarbəkirə qaçırıldığını və borcu qarşılığında 50 min lirə tələb edildiyini bildirib. Bundan sonra Azərbaycan Baş Konsulluğu türk polisindən kömək istəyib və polisin əməliyyatı nəticəsində Mahmudzadə Lalelidə otellərin birində rus qadınla yaxalanıb.

Hadisəni görüntüləmək üçün Türkiyəyə gedən Hidayətqızı qaçırıldığını iddia edən gənci rus qadınla görərək şoka düşüb.

Mahmudzadə isə "Pulunu qumarda uduzduğum üçün, qaçırıldığımı uydurdum”-, deyə bildirib.

Qeyd edək ki, ATV-də yayımlanan “Səni axtarıram” verilişinə çıxan ana oğlu Kamranın İŞİD tərəfindən tutulduğunu və onlara qoşulduğunu iddia etmişdi.

Qaynar.info