Xəbər lenti

İŞİD-in seks köləliyi biznesini təsdiq edən sənədlər - FOTO
Dünya07:10 29.03.2016

İŞİD-in seks köləliyi biznesini təsdiq edən sənədlər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İŞİD-dən azad edilən Palmira şəhərində terrorçuların seks köləliyi biznesi qurduğunu sübut edən sənədlər tapılıb.

Qaynar.info qafqazinfo-ya istinadən bildirir ki, həmin sənədləri ekstremistlər qədim şəhəri tələsik tərk edərkən unudublar.

Sənədlərdə elan edilir ki, kölə almaq istəyənlər baş ofisə gəlməlidirlər: "İslamı yaymaqla məşğul olan qardaşlarımız batalyon əmirinin qeydiyyatından keçməlidir. Sərəncamı imzalamayanlar kölə bazarına çıxmaq haqqı əldə edə bilməyəcəklər. Qiymətlərlə bağlı informasiya alış zamanı gizli konvertlə açıqlanacaq".

Xatırladaq ki, martın 27-də Suriya ordusu Palmira şəhərini İŞİD qüvvələrindən azad etmişdi.

Qaynar.info