İŞİD-in Türkiyə Böyük Millət Məclisinə (TBMM) hücum hazırlığı gördüyü və bununla bağlı bir nəfərin məclis binasının parkında kəşfiyyat işləri apardığı məlum olub.
Qaynarinfo.Az axar.az-a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu İŞİD haqqında yeni bir ittihamnamə hazırlayıb.
İstanbuldakı əməliyyatda həbs olunan 28 şübhəlidən biri olan və bu ittiham aktı çərçivəsində barəsində cinayət işi açılan Səlim S.-nin məclis parkındakı fotoları ortaya çıxıb.
Polis şübhəli Səlim S.-nin ötən ilin 12 oktyabrında Ankaraya getdiyini və tanınmamaq üçün də saqqalını qırxdığını üzə çıxarıb.
Prokurorluq TBMM-ə hücum barədə əmri Suriyadakı Əbu Darda əl-Turki və kod adı "Həmzə" olan İŞİD əmrlərinin verdiyini müəyyənləşdirib.
Qaynarinfo.Az



