Xəbər lenti

İŞİD-in yeni hədəfləri: siyahıda Azərbaycan da var
Dünya11:58 23.06.2014

İŞİD-in yeni hədəfləri: siyahıda Azərbaycan da var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraq Şam İslam Dövləti Kiprdə baza yaratmağı planlaşdırır. 

Anspresss-in məlumatına görə, Yunanıstan mətbuatı yazır ki, Əl-Qaidənin bağlantılarının möhkəm olduğu adada İŞİD də baza yaratmaq niyyətindədir.

Terrorçular adada bazanı “Hizbullah”a qarşı yaratmaq istəyir. Xəbərdə həmçinin bildirilir ki, İŞİD-in hazırkı hədəflərində Kipr, Türkiyə və Azərbaycandır.

Qeyd edək ki, son məlumatlara görə, İraq ordusu İŞİD-ə ağır zərbələr vurub. Terrorçuların komandirlərindən biri orduya əsir düşüb. Hazırda isə İraqın böyük şəhərlərindən bir neçəsi İŞİD-in əlindədir. Terrorçilar şəriət qaydaları ilə idarə olunan dövlət quracaqlarını bəyan edib.

Qaynar.info