İŞİD Kobanidə ələ keçirdiyi bəzi mövqelərdən geri çəkilir.
Qaynar.info xarici KİV-lərə istinadən xəbər verir ki, şəhər rəsmisi İdris Nassan BBC-yə açıqlamasında bildirib ki, terror təşkilatı nəzarətində olan ərazilərin 20 faizini itirib. Artıq Kobaninin Şərqində və Cənub-Şərqində YPG gücləri nəzarəti ələ alıb.
Lakin ABŞ hələ də Kobaninin işğal edilmə ehtimalının olduğunu açıqlayıb. Pentaqonun sözçüsü Con Kirbi açıqlamasında "İŞİD Kobanini ələ keçirmək istəyini açıq şəkildə göstərir. Bu səbəbdən bölgəyə yeni qruplar göndərirlər" deyib.
Qaynar.info