Xəbər lenti

İŞİD lideri məhv edildi
Dünya06:00 28.05.2016

İŞİD lideri məhv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqda Hərbi əməliyyatlar davam edir.
​İŞİD lideri aviazərbələr nəticəsində öldürülüb. ABŞ və İraqın birləşmiş qüvvələri tərəfindən Əl-Fəlucadakı keçirilən hərbi əməliyyatlar davam edir.
ANS PRESS-in məlumatına görə, bunu cümə günü keçirilən brifinqdə Amerikanın İraq və Suriyada əks-kəşfiyyat əməliyyatları komandanlığının nümayəndəsi polkovnik Stiv Uorren deyib.
"Biz Mahir əl-Bilaui iki gün əvvəl aviazərbə zamanı öldürdük", - deyə Uorren bildirib. O qeyd edib ki, bu, əldə edilən kəşfiyyat məlumatları sayəsində mümkün olub. "Əlbəttə ki, bu, düşmənin döyüşü dayandırmasına təsir etməsə də, onlara zərbə oldu. Bu, inamsızlıq yaradır", - deyə polkovnik bildirib.
İraq Silahlı Qüvvələri mayın 23-dən etibarən Əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.
Bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib. “Əl-Faluca şəhərinin azad edilməsinin vaxtı çatıb”, - deyən baş nazir ordunun əməliyyata hazır olduğunu qeyd edib.
Qaynarinfo.az