"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbu Bəkir əl Bağdadinin iki qohumu İraqda tutulub.
Milli.Az "Al Arabia"ya istinadən xəbər verir ki, tutulanlar İŞİD liderinin dayısı Saleh İbrahib Əbdel Müamin və Əbu Bəkir əl Bağdadinin bibiqızısı Diyyə Nuri Səədunun əridir.
Onlar Bağdaddın cənub-qərbdəki Di Kar əyalətində ələ keçiblər. Əbdel Müavin İŞİD-in Səmarradakı bölməsinin rəhbəridir.
Qaynar.info