Xəbər lenti

İŞİD Liviyada bir neçə rayonu ələ keçirib
Dünya19:04 05.05.2016

İŞİD Liviyada bir neçə rayonu ələ keçirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İŞİD terror qruplaşması Liviyanın şərqində bir neçə rayonu ələ keçirib.
Terrorçular Əbu-Qreyn şəhəri və bir sıra xırda yaşayış məntəqələrini tutublar.
Nəşrin məlumatına görə, hücumdan əvvəl terrorçu-kamikadzelər partlayıcı maddələrlə yüklənmiş avtomobillərdə döyüş postlarını partladıblar. Zəbt edilən ərazilərdə yaraqlılar öz postlarını qurublar.
Hücumdan sonra şəhərdə üçü polis, dördü isə hərbi qulluqçu olmaqla, 7 nəfər edam edilib. (oxu.az)
Qaynarinfo.az