İŞİD hakerləri "Facebook" və "Instagram"da yaranan problemə görə məsuliyyəti öz üzərinə götürüb.
Anspress-in məlumatına görə, sosial şəbəkələr baş verənlərə aydınlıq gətirməsə də, "CyberCaliphate" adlanan haker qrupu dünyanın ən məşhur sosial şəbəkələrinin işini pozduğunu bəyan edib.
"CyberCaliphate" haker qrupu bundan əvvəl "Twitter"in CENTCOM mikrobloquna haker hücumu etmişdi.
Xatırladaq ki, bu gün - 27 yanvarda təxminən bir saat ərzində "Facebook" və "Instagram" istifadəçiləri səhifələrinə daxil ola bilməyiblər. "Facebook", eləcə də mobil versiyanı saat 10.24-dan etibarən yeniləmək mümkün olmayıb.
Eyni hal 2014-cü ilin avqustunda baş vermişdi. O zaman bütün dünyanın "Facebook" istifadəçiləri, eləcə də Azərbaycan, sosial şəbəkənin saytına girməkdə çətinlik çəkmişdi.
Qaynar.info