Xəbər lenti

İŞİD şagirdlərdən vergi yığacaq
Dünya20:56 16.11.2014

İŞİD şagirdlərdən vergi yığacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqın bir hissəsini işğal edən İŞİD öz qanunlarını tətbiq etməyə davam edir. Qaynar.info xəbər verir ki, terror təşkilatı bu dəfə Mosulda şagird və tələbələrə vergi təyin edib.

İraq İnsan Haqqları Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, İŞİD bundan sonra ibtidai, orta və yüksək ixtisas məktəblərinin şagirdləri ilə yanaşı, universitet tələbələrindən də vergi alacaq.

"İŞİD Mosuldakı ibtidai məktəb şagirdlərinə aylıq 25 min İraq dinarı, orta və yüksək ixtisas məktəblərinin şagirdəlrinə 50, universitet tələbələrinə isə 75 min dinar vergi təyin edib. Bundan başqa məktəblərdə bütün şagirdlərin eyni formanı geyinməsinə qərar verilib. Həmçinin məktəblərdə qızlarla oğlanların eyni sinifdə təhsil alması yasaqlanıb" deyə açıqlamada bildirilir.

İraq İnsan Haqqları Nazirliyinin açıqlamasında bildirilir ki, 14 yaşında bir qız İŞİD üzvləri tərəfindən zorla evləndirilməyə çalışıb. Bundan imtina edən qızın atası, anası və 3 bacı-qardaşı öldürülüb, özü isə qaçırılıb.

Qaynar.info